Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

