Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb - 10-dan çox yaralı var - VİDEO

Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb -  10-dan çox yaralı var - VİDEO backend

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb.

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.