Göygöldə 31 yaşlı kişi minaya düşərək ölüb

Göygöldə 31 yaşlı kişi  minaya düşərək ölüb backend

Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb.

Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.

O, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Diaspora