Əsgərlərimiz erməniləri ələ saldı, başlarına "dram" açdılar...

Əsgərlərimiz erməniləri ələ saldı, başlarına "dram" açdılar... backend

Şuşanın düşməndən azad edilməsindən sonra baş verən qəribə, həm də olduqca komik hadisə ilə bağlı erməni mediası məlumat tirajlayıb.

Bu məlumatın nə qədər həqiqətə uyğun olduğu bəlli deyil, ancaq əsgərlərimiz bunu edibsə, sözün əsl mənasında erməni işğalçılarını ələ salmış olublar.

Komediya belə baş verib: Ordumuzun əsgərləri Şuşada “bank” adı ilə fəaliyyət göstərən qondarma ofisdən xeyli erməni dramı tapıblar. Onları yandırmaq və atmaq əvəzinə isə bundan istifadəyə qərar veriblər.

İlk olaraq həmin dramların ikiqat qiymətə Rusiyadakı ermənilərə satışı həyata keçirilib. Yəni 100 min dram 100 dollara satılıb. İrəvan bundan xəbər tutduqdan sonra sözügedən pulları dövriyyədən çıxarmağa çalışıb. Ermənistan Mərkəzi Bankı əsginazların nömrələrini müəyyənləşdirib, o vəsaitləri dövriyyədən çıxarana qədər isə Azərbaycan əsgərləri dramların qalanını götürərək, rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “bazarlığa” gediblər və dramlara xeyli ərzaq alaraq qayıdıblar.

Erməni mediasının iddiasına görə, Şuşa azad olunmamışdan öncə “bank”dakı vəsaitin əhəmiyyətli hissəsi çıxarılıb və Şuşada külli miqdarda vəsait qalmayıb. Buna baxmayaraq, Azərbaycan hərbçilərinin bu komik oyunu erməni mediasını şoka salıb.

Axar.az

Diaspora