Bakı sakinini qətlə yetirən 16 yaşlı yeniyetmə tutuldu - Ana söyüşünə görə...

Bakı sakinini qətlə yetirən 16 yaşlı yeniyetmə tutuldu - Ana söyüşünə görə... backend

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Qaziler.az bildirir ki, Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Qeyd ki, mübahisəyə səbəb olaraq E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi iddia olunur..

Hazırda iş üzrə istintaq davam edir.