Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.