Qarabağ qazisi Mehdiyev Səftər Əqil oğlu hazırda Ədliyə Nazirliyində özünü yandıraraq intihara cəhd edir.
Qaziler.az bildirir ki, bu barədə "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu feysbukda məlumat verib. O, bildirib ki, qanpulu ilə bağlı sığorta pulunun ödənilməsi haqda məhkəmə qərarı icra olunmadığına görə qazi özünü öldürmək istəyir.
"Qazinin atası Əqil Mehtiyev Heydər Əliyevin silahdaşı olub. Heydər Əliyev Ə.Mehtiyevi "İstiqlal" ordeni ilə təltiv edib. Səftər Mehtiyev 1992-ci ildə Şərur rayonunda baş həkim işlədiyi halda könüllü olaraq Sədərək uğrunda döyüşlərdə iştirak edib və bir ayağını itirib" - deyə R.Kərimoğlu qeyd edib.