Kamçatkada 19 nəfərin meyiti tapıldı

Kamçatkada 19 nəfərin meyiti tapıldı backend

Xilasedicilər Kamçatkada An-24 təyyarəsinin qəzaya uğradığı yerdə 19 nəfərin cəsədini tapıblar.

TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat veriblər.

“İndiyədək xilasedicilər 19 nəfərin meyitini aşkar ediblər. Ola bilər ki, onların çoxunun şəxsiyyətini müəyyən etmək üçün genetik ekspertiza tələb olunacaq. Hələlik yalnız 1 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub”, - agentliyə bildiriblər.

Qeyd edək ki, təyyarədə olan 22 sərnişin və 6 ekipaj üzvü ölüb.

Qasırğanın olması axtarış işlərinin aparılmasını çətinləşdirir.