İyulun 6-da Füzuli rayonunda aparılan axtarış işləri nəticəsində daha bir erməni əsgərinin cəsədi tapılıb.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, onun şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdirəcək.
Xatırladaq ki, döyüş əməliyyatları bitdikdən sonra Dağlıq Qarabağın Azərbaycan ordusunun nəzarətində olan hissəsində ümumən 1596 erməni hərbi qulluqçusunun cəsədi aşkarlanıb.