İranda neft kəmərində partlayış: 3 nəfər ölüb

İranda neft kəmərində partlayış:  3 nəfər ölüb backend

İranda neft kəmərində partlayış olub.

Bu barədə IRNA informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Xuzistan əyalətinin Şuş kəndi yaxınlığındakı Fəth əl-Mubin bölgəsindəki neft kəmərində baş verib.

Partlayış nəticəsində 3 nəfərin həlak olduğu, 4 nəfərinsə ağır yaralandığı bildirilib.

İnsidentin səbəbləri araşdırılır.

Oxu.az