DYP-dən Hacı Məhərrəmin həyat yoldaşının törətdiyi qəza ilə bağlı AÇIQLAMA

DYP-dən Hacı Məhərrəmin həyat yoldaşının törətdiyi qəza ilə bağlı  AÇIQLAMA backend

Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi Sumqayıt şəhər sakini Əliyev Emil Şahin oğlunun idarə etdiyi, 99-SP-611 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib:

“Belə ki, “Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.