Bakıdan Mingəçevirə hərəkət edən sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olub-olmadığı dəqiqləşdirilir.
Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.

