Qubada 10-cu sinif şagirdi intihar edib - TƏFƏRRÜAT

Qubada 10-cu sinif şagirdi intihar edib -  TƏFƏRRÜAT backend

Qubada 10-cu sinif şagirdi intihar edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Tüləkəran kəndində baş verib. 

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü R.Həmidov ötən gecə saat 22:00 radələrində kənd ərazisində spirtli içki qəbul edib. 

Atasının əsəbləşəcəyindən ehtiyat edən yeniyetmə spirtli içkinin təsiri altında qorxaraq Aşağı Tüləkan kəndi ərazisində yaşadığı evin həyətindəki tövlənin talvarında özünü iplə asaraq intihar edib.

Aidiyyəti üzrə meyitə baxış keçirilib və hər hansı digər xəsarət izi aşkarlanmayıb. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma başlanılıb.