Yasamalda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb.
Qaziler.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.
Bu barədə video sosial şəbəkələrdə yayılıb.
Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.
Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.