Ermənistanda qumbara partlayıb - ölən var

Ermənistanda qumbara partlayıb -  ölən var backend

Ermənistanda partlayış olub.

Bu barədə “Report” Ermənistan medasına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Armavir əyalətində, Eçmiədzindəki evlərdən birində qeydə alınıb. Partlayış zamanı 1 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

Hadisə yerinə gələn polis əməkdaşları partlayış zamanı həlak olan şəxsin 48 yaşlı Gevorq Asatryan, yaralanan şəxsin 33 yaşlı Ruben Papoyan olduğunu müəyyənləşdiriblər. Onlar evdə qumbara partladığını təsdiqləyiblər.

Faktla bağlı istintaq qrupu yaradılıb, araşdırmalar aparılır.