Xırdalan bazarındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Xırdalan bazarındakı yanğın söndürüldü -  YENİLƏNİB - VİDEO backend

Xırdalandakı bazarda yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 kvadratmetr sahədə piştaxta və plasmas su çəni yanıb.

16:42

Xırdalan şəhərində yerləşən bazarlardan birində yanğın başlayıb. 

Bununla bağlı manşet.az görüntülər yayıb. 

Həmin görüntüləri təqdim edirik: