Vətən Müharibəsində başından ağır yara almış qazi vəfat edib.
APA -nın yerli bürosunun məlumatına görə, Ağstafa rayonunun Kolxəlifəli kənd sakini, Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) 1988 ci il təvəllüdlü Kazımov Ruslan Mustafa oğlu qəfil vəfat edib.
O, bu gün doğulduğu kənddə dəfn olunacaq.
Rusal Kazımov Vətən Müharibəsində iştirak edib. Ağır döyüşlərin birində başından gülə yarası alıb.
Qeyd edək ki, mərhum Aprel döyüşlərində də iştirak edib. Ruslan Kazımov ötən gün Prezident İlham Əliyev sərancamı ilə medala təlltif edilib.