Bakıda yaşayış binasında qaz balonu partladı - VİDEO

Bakıda yaşayış binasında qaz balonu partladı - VİDEO backend

Bakıda hündürmərtəbəli yaşayış binasında partlayış olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 23 ünvanında baş verib.

Həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

Diaspora