Qəbələdə yeniyetmə intihar etdi

Qəbələdə yeniyetmə intihar etdi backend

Qəbələdə intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.