“Formula-2”: Pilotun qolu sınıb, xəstəxanaya aparılıb

“Formula-2”: Pilotun qolu sınıb, xəstəxanaya aparılıb backend

Azərbaycan Qran-prisində xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Formula-2” yarışı zamanı xəsarət alan “Art Grand Prix” komandasının pilotu Teo Purşer ciddi xəsarət alıb.

Yarış zamanı Markus Armstronqla (“Dams”) toqquşaraq mübarizəni dayandıran fransalı pilotun qolu sınıb. Bu səbəbdən 18 yaşlı pilot Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Qeyd edək ki, “Formula-2” yarışının qalibi Juri Vips (“Hitech Grand Prix”) olub.

Diaspora