Rusiyada polisin öldürdüyü azərbaycanlı gəncin anası danışdı - FOTO

Rusiyada polisin öldürdüyü azərbaycanlı gəncin anası danışdı -  FOTO backend

"Oğlumu qətlə yetirən polis əməkdaşının ən sərt şəkildə cəzalandırılmasını tələb edirəm".

Qazilər.az xəbər verir ki, bunu “Report”un yerli bürosuna müsahibəsində Vəkil Abdullayevin anası Samirə Abdullayeva deyib.

O, oğlunu ölümcül yaralayan yol polisi müfəttişinin ötən gün azadlığa buraxılmasına etirazını ifadə edib: "Vəkilin heç bir günahı olmayıb. Polis silahla qorxuda, havaya atəş aça bilərdi. Amma oğlumu gicgah nahiyəsindən ölümcül yaralayıb".

S.Abdullayeva Rusiyanın hüquq-mühafizə orqanlarını oğlunun qətli ilə bağlı istintaqı şəffaf və ədalətli şəkildə aparmağa çağırıb.

Diaspora