Rusiyada azərbaycanlını öldürən yol polisi həbs olundu

Rusiyada azərbaycanlını öldürən  yol polisi həbs olundu backend

Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənci öldürən polis əməkdaşı barədə iki aylıq həbs qərarı verilib.

Rusiya KİV-də yayılan məlumata görə, vəzifə səlahiyyətlərini aşmaqda və  ehtiyatsızlıqdan 19 yaşlı Vəkil Abdullayevin qətlində ittiham olunan Aleksandr Qusev həbs müddətini istintaq təcridxanasında keçirəcək.

Xatırladaq ki, mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb.

Hadisə ilə bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “ehtiyatsızlıqdan adam öldürmə” maddələri ilə cinayət işi açılıb.

Oxu.az

Diaspora