Bakıda ər və arvad arasında qanlı savaş: Bir-birilərinə 15 bıçaq zərbəsi vurdular

Bakıda ər və arvad arasında qanlı savaş:  Bir-birilərinə 15 bıçaq zərbəsi vurdular backend

Bakıda ər və arvad bir-birini bıçaqlayıb.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində yeddi ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində səkkiz ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır.

Diaspora