Goranboyda gənc qadın özünü asaraq intihar edib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 2003-cü il təvəllüdlü rayon sakini İsmayılova Zəhra Ramiz qızı xalasına məxsus fərdi yaşayış evində özünü asaraq öldürüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.