Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.
APA-nın məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib.
Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
