"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar edib

"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar edib backend

Saatlı rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.

Diaspora