Azərbaycanda 5 yaşlı uşaq paxladan öldü

Azərbaycanda 5 yaşlı uşaq paxladan öldü backend

Lənkəranda bir ailənin üzvləri qidadan zəhərlənib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Belə ki, şəhərin şəhid Anar Mahmudov küçəsi ev 60 ünvanında yaşayan 2016-cı il təvəllüdlü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona favizm diaqnozu qoyulub. Daha sonra həmin ünvandan 2015-ci il təvəllüdlü Qasım Murad oğlu Qasımov da xəstəxanaya yerləşdirilib. Məlum olub ki, ailə üzvləri bir neçə gün əvvəl paxladan zəhərləniblər və ev şəraitində müalicə olunmağa çalışıblar. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı M.Qasımova bir neçə saat sonra xəstəxanada ölüb. Onun qardaşı Q.Qasımov isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, son günlər Lənkəranda paxlalı bitkilərdən zəhərlənmə halları tez-tez müşahidə olunur. Xəstəxanadan aldığımız məlumata görə, təkcə bu gün ərzində üç belə zəhərlənmə halı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora