Ermənistan ordusunun əsgəri özünü asıb

Ermənistan ordusunun əsgəri özünü asıb backend

Ermənistan ordusunun əsgəri asılmış vəziyyətdə aşkarlanıb.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, əsgərin meyiti xidmət etdiyi hərbi hissədə aşkarlanıb. Onun intihar etdiyi bildirilir. Hərbi qulluqçunun ad və soyadı açıqlanmır. Qeyd edilir ki, əsgər bu ilin əvvəllərində hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. Təhqiqatçılar hadisənin başvermə səbəbini araşdırırlar.

Qeyd edək ki, bu, son 10 gündə Ermənistan ordusunda qeydə alınan ikinci intihar hadisəsidir. Mayın 14-də hərbi qulluqçu, 2002-ci il təvəllüdlü Roman Baqdasaryanın meyiti asılmış vəziyyətdə aşkarlanıb.

Diaspora