Abşeronda intihara cəhd hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.