Nərimanovda iki avtomobil toqquşdu, xəsarət alan var - FOTO

Nərimanovda iki avtomobil toqquşdu, xəsarət alan var -  FOTO backend

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Koroğlu Rəhimov küçəsində iki “BMW” markalı avtomobil toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.