Azərbaycan hərbçilərinin döydüyü 11 erməni hərbi qulluqçu xəstəxanaya yerləşdirilib

Azərbaycan hərbçilərinin döydüyü 11 erməni hərbi qulluqçu xəstəxanaya yerləşdirilib backend

Dünən Sünik vilayətində azərbaycanlı və erməni hərbçilər arasında insident olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, insident zamanı döyülən 11 erməni hərbi qulluqçu Gorus xəstəxanasına yerləşdirilib.

İnsident nəticəsində Gorus hərbi hissəsinin qərargah rəisinin burnu sındırılıb.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bəyanat yaymışdı ki, mayın 21-i günortaya olan vəziyyətə əsasən sərhəddə vəziyyət dəyişməz olaraq qalır.

Diaspora