Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-17 tipli helikopter bu gün Bakı vaxtilə saat 20:00 radələrində Türkiyənin Giresun rayonunun Tirebolu ilçəsi ərazisində təcili eniş edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda 6 nəfərlik heyəti olan hərbi helikopterin Yalıköy kəndi yaxınlığındakı dəniz sahilinə endiyi bildirlib.
Helikopterin Amasyadakı Merzifon Hərbi Hava Qüvvələri bazasına getdiyi qeyd olunub.
İlkin məlumata əsasən, Mİ-17-nin təcili enişinə mühərrikində yaranan problemlər səbəb olub. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.