Neftçalada qadın ərini öldürüb, meyitini yandırıb

Neftçalada qadın ərini öldürüb, meyitini yandırıb backend

Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti aşkar edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 17 may 2021-ci il tarixində Lerik rayon sakini, 1960-cı il təvəllüdlü Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.

Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Şahzadə Məhərrəmova saxlanılaraq etdiyi cinayət əməlini etiraf edib və qeyd edib ki, həyat yoldaşı Qalib Əsgərovu öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.