Azərbaycanda 18 yaşlı oğlanı ildırım vurdu

Azərbaycanda 18 yaşlı oğlanı ildırım vurdu backend

Samux rayonunda gənc oğlanı ildırım vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Hacıalılı kəndində baş verib. Mal-qara otaran 2003-cü il təvəllüdlü Sənan Həsənovu ildırım vurub. O, yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bölgədə hava yağıntılıdır və güclü ildırım çaxır.

Faktla bağlı araşdırma aparılır.