Bakıda yeniyetməni elektrik cərəyanı vurub.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Qarayev Surat Azim oğlunu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun daxili orqanlarına və beyninə qan sızması müəyyən olunub.
Yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.