İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində azı 1 nəfər həlak olub.
Qazilər.az xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.
Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
