Bakıda başına daş parçası düşən yeniyetmə ölüb - VİDEO

Bakıda başına daş parçası düşən yeniyetmə ölüb -  VİDEO backend

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçası düşən yeniyetmə vəfat edib.

"Report" xəbər verir ki, 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlu müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bir həftə əvvəl baş verib.

Fakt üzrə Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora