Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - YENİLƏNİB - VİDEO

Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü -  YENİLƏNİB - VİDEO backend

Lənkəranda gəlinini döyən qadınla bağlı araşdırma başladılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıyıq. Fakt üzrə Lənkəran Rayon Polis şöbəsində təhqiqat araşdırmaları aparılır. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Lənkəran rayon Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı il təvvəllüdlü Qurbanova Girdənaz 1990-cı il təvvəlüdü gəlinini döyüb.

10:39

Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisənin Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində baş verdiyi bildirilir.

Məlumata görə, gəlin hər gün qayınana tərəfindən şiddətə məruz qalır. Onun ana və atasının olmadığı, həmçinin hamilə olduğu qeyd edilir.