Ötən gecə Bakı şəhərində tanınmış şair Rüstəm Behrudinin qardaşının 17 yaşlı oğlu İsa Alməmmədlinin intihar etməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
Publika.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dəhşətli hadisə Behrudi ailəsinə məxsus olan və Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsi 54 ünvanındakı çoxmərtəbəli binada baş verib.
“Hədəf” liseyinin 11-ci sinif şagirdi olan İsa “Whatsapp“ sosial şəbəkəsində doğmalarına səsli mesaj göndərib. O, daha sonra C.Xəndan küçəsindəki binanın 15-ci mərtəbəsində ailəsinə məxsus olan və yaşayış olmayan mənzilin eyvanından özünü yerə atıb. İsa Alməmmədli aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Qeyd edək ki, İ.Alməmmədov “Behrud İnşaat” şirkətinin rəhbəri İlham Alməmmədovun oğludur.
O, təhsil aldığı məktəbin nümunəvi və ən savadlı şagirdlərindən biri olub. 2019-cu ildə “Hədəf” liseyinin “lideyin bilgəsi” seçilən İsa bir günlük simvolik olaraq təhsil müəssisəsinin direktoru vəzifəsini icra edib.
İntihar faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.