İran-İraq sərhədində zəlzələ olub

İran-İraq sərhədində zəlzələ olub backend

İranın Kirmanşah əyalətinin Sərpol Zehab şəhərində 4,8 bal gücündə zəlzələ olub.

Qazilər.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Sərpol Zehab şəhər valisi Nurəddin Fərzadipur jurnalistlərə açıqlamasında deyib ki, zəlzələ baş verən zaman vahimələnən sakinlər küçəyə çıxıb: “İndiyədək xoşagəlməz heç bir hadisə qeydə alınmayıb”.

Xatırladaq ki, zəlzələ baş verən ərazi İran-İraq sərhədində yerləşir.

Report.az

Diaspora