Nəsimi rayonunda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

Nəsimi rayonunda gənc oğlan yol qəzasında ağır xəsarət aldı backend

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Xan Şuşinski küçəsində motosikletlə avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Sadıqov Fuad Fərhad oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi diaqnozu qoyulub.