Bakıda məktəbdən silah oğurlandı

Bakıda məktəbdən silah oğurlandı backend

Bakıda məktəbdə oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-nə keçən gecə rayon ərazisindəki tam orta məktəblərin birindən təlim üçün nəzərdə tutulən 1 ədəd “Glock” markalı qaz tapançası və 1 ədəd “AK-74” markalı avtomat silahı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

Diaspora