Zelenski ermənilərə qarşı sanksiya tətbiq etdi - FƏRMAN

Zelenski ermənilərə qarşı sanksiya tətbiq etdi - FƏRMAN backend

Ukrayna Prezidenti Vladimir Zelenskinin imzaladığı fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qaçaqmalçılıqla əlaqəli hüquqi və fiziki şəxslərə dair 15 aprel tarixli qərarı qüvvəyə minib.

Qazilər.az Report-a istinadla xəbər verir ki, qərarla 13 ölkə vətəndaşına və 95 şirkətə qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilib. Fiziki şəxslərin ikisi Rusiya vətəndaşıdır.

Siyahıya həmçinin, iki erməni əsilli şəxsin də adı daxil edilib. Onlar Araik Amirxanyan və Tiqran Melkonyandır. Ukrayna vətəndaşlığından məhrum edilən Araik 2019-cu ildə Ukrayna vətəndaşlarını qanunsuz yollarla Krım üzərindən Rusiyaya keçirdiyi üçün həbs edilmişdi. Eyni zamanda ona qarşı Ukrayna müəssisələrinin təxminən 20 milyon qrivna (700 min ABŞ dollarından çox) məbləğində əmlakını qanunsuz ələ keçirmə ittihamı irəli sürülmüşdü.

Digər şəxs - Odessadan olan iş adamı Tiqran Melkonyandır. Onun “Skaylayn” şirkətinə 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşınmasına görə cinayət işi açılmışdı. Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.

Diaspora