Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə saatdır onu gözləyən Şurnux kəndinin sakinlərinə məhəl qoymadan yoluna davam edib. Buna qəzəblənən şurnuxlular da onun kortejini yumurta atəşinə tutublar.
Qazilər.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Şurnux kəndinin rəhbəri Akop Arşakyan deyib ki, sakinlər onları narahat edən məsələləri çatdırmaq üçün səhərdən Qafan-Gorus yolunda Paşinyanı gözləyiblər:
“O, Gorusa getdi, sakinlərlə görüşmədi. İnsanlar onun gizlicə gəlib-getməyinə görə özlərini təhqir olunmuş hesab etdilər”.
Axar.az