Rusiyada azərbaycanlı tələbənin qatilini 20 ilə qədər həbs cəzası gözləyir - FOTO - VİDEO

Rusiyada azərbaycanlı tələbənin qatilini 20 ilə qədər həbs cəzası gözləyir -  FOTO - VİDEO backend

20 aprel tarixində etnik zəmində yaranan qarşıdurma səbəbindən 17 yaşlı azərbaycanlı tələbə Teymur Qavrilovu qəddarcasına qətlə yetirmiş Vitali Vasilievin cinayət işinə baxılıb.

Bu barədə “SotsInformBuro” xəbər yayıb.

Məlumata görə, 22 yaşlı Volqoqrad sakini “milli nifrət motivləri əsasında adam öldürmək”, “odlu silahda qeyri-qanuni şəkildə dəyişiklik edilməsi”, “bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi, saxlanması və daşınması” və “partlayıcı maddələrin qeyri-qanuni şəkildə əldə edilməsi, saxlanması və daşınması” maddələri üzrə ittiham irəli sürülüb.

İclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

“Şübhəli iddia edilən cinayətlərdə günahkar olduğunu etiraf etdi. Növbəti məhkəmə iclası 27 aprel 2021-ci il tarixdə saat 10-da Volqoqrad Vilayət Məhkəməsində keçiriləcək”, - deyə bölgə məhkəməsinin mətbuat xidmətindən bildirib.

Xatırladaq ki, iyunun 13-də Volqoqradın Voroşilovski bölgəsində Azərbaycandan olan 17 yaşlı tələbə Timur Qavrilov xüsusi amansızlıqla bıçaqlanaraq öldürülüb. Gəncin cəsədində 20-yə yaxın deşilmiş-kəsilmiş yara olub.

Mütəxəssislər, qətli törədənin şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, bu Sovet rayonunun 22 yaşlı sakini Vitali Vasilyevdir. O, 21 iyun tarixində Smolenskdə saxlanılıb. Vasilyev azərbaycanlı gənci qəddarlıqla qətlə yetirildiyini və qurbanını “milli nifrət zəminində” bıçaqladığını etiraf edib.

Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham olunan Vasilyevi 20 ilə qədər həbs cəzası gözləyir. (oxu.az)

Diaspora