Azərbaycanda 56 yaşlı qadın intihar edib

Azərbaycanda 56 yaşlı qadın intihar edib backend

Göygöl rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.