Dövlət qurumunun avtomobili gənc qızı vurdu, yaralı 6 gün sonra öldü

Dövlət qurumunun avtomobili gənc qızı vurdu,  yaralı 6 gün sonra öldü backend

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bir həftə əvvəl Xətai rayonunda 65 yaşlı Əmirbala Zeynalovun idarə etdiyi “Ural” markalı avtomobil yolu keçən 29 yaşlı Əliyeva Leyla Aqil qızını vurub.

Xəstəxanaya yerləşdirilən yaralı 6 gün sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Zeynalovun idarə etdiyi avtomobil “Azəristiliktəchizat” ASC-yə məxsusdur.

Diaspora