Bakıda daş karxanasında faciəvi ölüm

Bakıda daş karxanasında faciəvi ölüm backend

Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.

“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora