Qazax rayonunda 4 nəfər qidadan zəhərlənib.
Qazilər.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Belə ki, bir ailənin 4 üzvü - 1958-ci il təvəllüdlü Məqsanə Mustafayeva, 1986-cı il təvəllüdlü Bahar Mustafayeva, 2009-cu il təvəllüdlü Rəfiqə İlyasova və onun bacısı 2011-ci il təvəllüdlü Cəmilə İlyasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlar pomidordan zəhərləndiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Report.az