Kür çayında batan şəxs intihar edib

Kür çayında batan şəxs  intihar edib backend

Kür çayında batan şəxsin intihar etdiyi məlum olub.

“Report”un əldə etdiyi xəbərə görə, Sabirabad rayon sakini İsfəndiyar Abbasov özünü Kür çayına atıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları davam etdirir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Diaspora